“Ermənistan Milli Konqresi” boykot edir

“Ermənistan Milli Konqresi” dekabrın 6-da keçirilən referendumun nəticələrinə etiraz olaraq parlamentdə iştirakını dayandırıb.

Bunu parlament fraksiyasının lideri Levon Zurabyan dekabrın 7-də bəyan edib.

O referendum vaxtı erməni xalqının iradəsinin pozulduğunu, seçkinin nəticələrinin saxtalaşdırıldığını bildirib.

Zurabyan bildirib ki, artıq onlar belə bir vəziyyətdə belə bir parlamentdə bir yerdə oturub işləyə bilməzlər.

Müxalifət hesab edir ki, məqsəd 2018-ci ildə prezidentlik müddəti bitdikdən sonra Sarkisianın hakimiyyətdə qalmasını təmin etməkdir.

Qeyd edək ki, düzəlişlərdə prezidentin səlahiyyətlərinin parlamentə verilməsi və dövlət başçısının xalq yox, parlament tərəfindən seçilməsi, prezidentlik müddətinin isə 5 ildən 7 ilə qaldırılması nəzərdə tutulur.