Ermənistana məxsus pilotsuz aparat vurulub

Foto arxiv

Ermənistana məxsus pilotsuz uçan aparat məhv edilib. (Şəkillər)

Azərbaycan Müdafiə Nazirliyi rəsmi saytının məlumatına görə, dekabrın 6-da Ermənistan silahlı qüvvələrinə məxsus kiçik ölçülü pilotsuz aparat aşkar edilib.

Azərbaycan Hərbi Hava Qüvvələri hava hücumundan müdafiə qoşunlarının bölmələri aparatı dərhal məhv edib.