Albaniyada etiraz aksiyası keçirilib

Foto arxiv

Albaniyanın paytaxtı Tiranada baş nazir Edi Rama və hökumətin istefası tələbi ilə aksiya keçirilib.

Aksiyada bir neçə min adam iştirak edib.

Aksiyaçılar dekabrın 8-də hökumət evini yumurta, boya və fişəng atıblar.

Xəsarət alan və saxlananlar olmayıb.

Əsas müxalifət hesab olunan Demokrat partiyası sosialistlərin gökumətini korrupsiyada ittiham edir.

Partiya bildirir ki, hökumətin apardığı islahatlar əhalini yoxsullaşdırıb.