Dini qurumlarla bağlı cərimələr tətbiq edilir

Foto arxiv

Parlamenitn Hüquq siyasəti və dövlət quruculuğu komitəsi dekabrın 8-də dini qurumların fəaliyyətilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişkliklər təklif edib.

Dini qurumların icra hakimiyyəti orqanında qeydiyyata alınmaqdan boyun qaçırması, qanunsuz dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkili və keçirilməsi , ruhanilər və dini qurumların üzvləri tərəfindən uşaqlar və gənclər üçün xüsusi yığıncaqlar keçirilməsi, habelə dini ayinlərin icrası ilə əlaqədar olmayan əmək, ədəbiyyat dərnəkləri və qrupların təşkilinə, dini qurumun qeydiyyatdan keçdiyi hüquqi ünvandan kənarda fəaliyyət göstərməsinə görə fiziki şəxslər 1500 manatdan 2 min manatadək, vəzifəli şəxslər isə 7 min manatdan 8 min manatadək cərimə ediləcək.

Turanın məlumatına görə, qanun layihəsi Mİlli Məclisin plenar iclasına tövsiyə olunub.