İraq qüvvələri Ramadiyə girməyə hazırlaşır

Foto arxiv

İraq qüvvələri Ramadi şəhərinin ətrafındakı mövqeni “İslam Dövləti” yaraqlılarından geri alıb.

Bu barədə ölkə rəsmiləri məlumat yayıb.

Onların sözlərinə görə ordu dekabrın 8-də Əl Tamim rayonunda minaların zərərsizləşdirilməsinə başlayıb.

Anbar əyalətinin polis rəisi Hadi Irzayij hökumət qüvvələrinin şəhərin mərkəzinə girməyə çox yaxın olduqlarını deyir.

“İslam Dpövləti” qrupu Anbar əyalətinin paytaxtı Ramadini bu ilin mayında zəbt edib.

İraq qüvvələri bir həftə bundan əvvəl Fələstin körpüsünü ələ keçirərək Şəhəri tam mühasirəyə alıblar.

Hazırda İraq və Suriyanın bir çox bölgələri “İslam Dövləti” qrupunun nəzarətindədir.