Homsdan evakuasiya başlandı

Homsun ümumi görüntüsü

-

Suriyanın mərkəzində, üsyançıların əlində olan Homs şəhərindən evakuasiya başlanıb. Bu, Prezident Bashar al-Assad rejimi ilə əldə olunmuş razılaşma əsasında aparılır.

Məlumatlara görə, əsasən qadınlar və uşaqlar daxil olmaqla 150 dinc sakinlə dolu 3 avtobus dekabrın 9-da şəhərdən çıxıb.

Ötən həftə əldə olunmuş razılaşmaya görə, ümumilikdə 3 min 200 üsyançı və ailələri Homsdan çıxmalıdır. Bir həftə öncə üsyançıların nəzarətində olan Qüdsiyyə boşaldılmağa başlanıb.

Bu arada Suriya müxalifətinin və üsyançı qrupların üzvləri Səudiyyə Ərəbistanının paytaxtında görüşür. Onlar gələn həftələrdə gözlənən sülh danışıqları üçün ümumi bir mövqe formalaşdırmağa çalışırlar.