-
Nardaranda evlərə işıq verilməsi prosesi davam etdirilir.
musavat.com xəbər verir ki, artıq dünəndən (dekabrın 8-dən) kənddə 1000-dən çox evdə sayğac quraşdırılıb. Sayğac quraşdırılan mənzillərə elektrik enerjisinin verilişi bərpa edilib.
Elektrik enerjisinin verilməsi ilə bağlı 1500-dən çox ailə kənddə yaradılan qərargaha müraciət edib. Qərargahda «Azərişıq»ın şərtləri ilə razılaşan abonentlər arasında müqavilə imzalanır.
Yeni quraşdırılan sayğaclar SMS Smart sayğaclarıdır.
Noyabrın 26-da Nardaranda polisin keçirdiyi əməliyyatdan sonra kəndə elektrik enerjisinin verilməsi dayandırılmışdı. Səbəb olaraq isə kəndin «Azərişıq»a 43 milyon manata yaxın borcunun olduğu göstərilirdi.
Əməliyyat zamanı ikisi polis olmaqla 7 nəfər həlak olub, bir neçə adam yaralanıb, 30-a yaxın adam isə həbs edilib.