►Onun əlində güllə partlayıb...
Ermənistanla həmsərhəd Qazax rayonunda iriçaplı pulemyotun gülləsinin partlaması bir nəfərin yaralanmasına səbəb olub. Rayonun Quşçu-Ayrım kənd sakini, 16 yaşlı Tural Sadıqov sol əlindən və döş qəfəsindən qəlpə yarası alaraq rayon xəstəxanasına yerləşdirilib. Yaralıya dərhal tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Xəsarət alan Tural Sadıqov baş verənlərlə bağlı bunları bildirib:
“Qapımızda gəzərkən güllə gördüm, əlimdə oynadarkən açıldı.”
Tural Sadıqovun nənəsi Rahilə İsmayılova isə deyib ki, 23 ildir onlar bu təhlükəylə yaşayırlar:
“1992-ci ildən bu vəziyyətdə yaşayırıq. Amma artıq qorxuruq. Özümüz üçün qorxmuruq, uşaqlarımız üçün qorxuruq. Cənab prezidentdən xahiş edirik, bizə başqa bir yerdə sığınacaq versin. Gedib orda yaşayaq.”
Buna da bax: “Hökumət demək istəyir ki, hamınız özünüzü yığışdırın”
Qazax rayon xəstəxanasının reanimasiya şöbəsinin baş həkimi Aişə Əlisgəndərova bildirib ki, Tural Sadıqovun vəziyyəti indi kafidir.