Davutoglu Rusiyanı ittiham edib

Ahmet Davutoglu

Türkiyənin baş naziri Ahmet Davutoglu Rusiyanı Suriyadakı sünni ərəblər və türkmənlərə qarşı etnik təmizləmə siyasəti aparmaqda ittiham edib.

O İstanbulda jurnalistlərə bildirib ki, Rusiya Bashar Assadı dəstəkləməyən Şimali Latakiyədəki bütün sünillər və türkmənləri ordan qovmaq istəyir.

Baş nazir deyib ki, Rusiya mötədil müxalifətin mövqelərini vurmaqla “İslam Dövləti” qrupunu möhkəmləndirir.

Rusiyanın Latakiyədə hərbi-hava bazası var.

Qeyd edək ki, Rusiya sentyabrın sonundan Suriyada hava əməliyyatları keçirir.

Moskva əsas hədəfin “İslam Dövləti” qrupu, Suriya müxalifəti isə mötədil üsyançıların olduğunu deyir.