Türkiyə PKK-nın mövqelərini bombalayıb

Foto arxiv

Türkiyə təyyarələri İraqın şimalındakı kürd yaraqlılarının mövqelərini bombalayıb.

Türkiyə hərbçilərinin dekabrın 9-da verdikləri məlumata görə, PKK-nın 4 yerdəki mövqeləri məhv edilib.

PKK-nın sözçüsü Dahmat Agit isə zərbələrin 3 kəndə endirildiyini və kürd yaraqlıları arasında itki olmadığını bildirib.

PKK bu ilin iyulunda atəşkəs sazişindən çıxdıqdan sonra Türkiyə ordusu İraqın şimalında yenidən kürd yaraqlılarına qarşı əməliyyatlara başlayıb.

Hər iki tərəfdən itkilər var.