Avropa Liqasında qrup mərhələsi bitib

Arxiv fotosu

-

UEFA Avropa Liqasında qrup mərhələsi başa çatıb.

Trend-in məlumatına görə, “Anderlext” – “Qarabağ” qarşılaşmasında Ağdam təmsilçisi azarkeşlərini qane edən nəticə ortaya qoymayıb.

İlk qol “Qarabağ”ın futbolçusu Dani Kintanadan gəlsə də, meydan sahibləri elə birinci hissədə vurduqları iki qolla hesabda önə keçiblər. Ağdam təmsilçisi çox çalışsa da, matçda dönüş edə bilməyib.

“Qəbələ” isə son görüşündə “Krasnodar”a məğlub olub – 0:3.

1/16 final mərhələsinə vəsiqə qazanan klublar arasında “Fənərbağça”, “Liverpul”, “Borussiya”, “Napoli”, “Tottenhem” klubları da var.