Khodorkovsky-yə qarşı ittiham irəli sürüldü

Mikhail Khodorkovsky

Rusiyanın İstintaq Komitəsi Mikhail Khodorkovsky-yə qarşı rəsmi ittiham irəli sürüb.

O Nefteyuqanskın keçmiş meri Vladimir Petukhovun qətlinin təşkilində ittiham olunur.

Bu barədə dekabrın 11-də komitənin mətbuat xidməti xəbər yayıb.

İstintaqın gəldiyi nəticəyə görə Petukhovun fəaliyyəti Khodorkovskynin rəhbərlik etdiyi YUKOS şirkətinin maraqları ilə düz gəlmədiyinə görə onun öldürülməsini məhz Khodorkovsky verib.

Petukhov 1998-ci ildə öldürülüb.

Dekabrın 8-də ifadə vermək üçün Khadarkovsky-yə İstintaq Komitəsindən məktub gəlib.

Khodorkovsky istintaqa getmək fikrində olmadığını bəyan edib.

YUKOS neft şirkətinin keçmiş rəhbəri Khodorkovsky 2003-cü ildə həbs olunub və maliyyə cinayətlərində təqsirli bilinərək həbsə atılıb.

2013-cü ildə əfv edilib və hazırda Avropada mühacirətdə yaşayır. Putinin əsas tənqidçilərindən olan Khodarkovsky “Açıq Rusiya” adlı hərəkat yaradıb.

O bu günlərdə Londonda keçirdiyi mətbuat konfransında bəyan edib ki, prezident Vladimir Putin ölkədə konstitusiyaya qarşı çevriliş edib və demokratiya və hüquqi dövlətə dönmək üçün inqilab lazımdır.