Polşa Qətərdən ilk sıxılmış qaz alıb

Ewa Kopacz

Polşa Qətərdən ilk sıxılmış qaz alıb.

Belə ki, Qətərin Əl Nuaman limanından gələn 200 min kubmetrlik qaz tankeri Polşanın Svinouyşçe limanına çatıb.

Gələn ilin ikinci yarısından bu reyslərin müntəzəm olacağı bildirilir.

200 min kubmetr sıxılmış qaz, 120 milyon kubmetr təbii qaz deməkdir.

Polşanın baş naziri Ewa Kopacz deyib ki, Varşava çox vacib strateji məqsədinə çatıb və biz artıq qaz alınmasından aşlı deyilik.

Bu liman vasitəsi ilə Polşa 5 milyard kubmetr qaz alacaq ki, bu daxili təlabatın 1/3-i deməkdir.

Təxminən bu qədər qazı isə Polşanın özü çıxarır.

Getdikcə bu qaz limanının qəbul və buraxılış gücünün 50 faiz artırılması nəzərdə tutulur.

Bu Varşavanın hazırda Rusiyanın “Qazprom” şirkəti ilə danışıqlarda mövqeini gücləndirəcək.

Məsələn Litva belə bir qaz limanının açılışından sonra Rusiyadan 15 faiz endirim ala bilib.