Böyük yubileyə iki gün qaldı...

Rəşid Behbudov (1915-1989)

-

Dekabrın 14-də saat 11.45-də Fəxri Xiyabanda Rəşid Behbudovun məzarı önündə anım mərasimi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, mərasimdə sənətkarın yaxınları, mədəniyyət və incəsənət xadimləri, Rəşid Behbudov sənətinin pərəstişkarları iştirak edəcəklər.

Həmin gün saat 19-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Estrada-simfonik orkestrinin yubileyə həsr edilmiş konsert proqramı təqdim olunacaq.

Rəşid Behbudovun 100 illik yubileyinin keçirilməsi haqqında prezident sərəncamı imzalanıb.

Sərəncamın icrası ilə bağlı tədbirlər davam edir, eləcə də, təntənəli yubiley mərasiminə hazırlıq görülür.

Rəşid Behbudov Azərbaycan musiqi sənətinin inkişafına böyük töhfələr verib.

Özünəməxsus ifaçılıq tərzinə və ecazkar səsə malik sənətkar təkrarolunmaz yaradıcılığı boyunca sənət aləminə gətirdiyi yeniliklərlə milli musiqi salnaməsini zənginləşdirib.

Dünyanın ən məşhur konsert salonlarında çıxışları ilə Azərbaycan mədəniyyətinə şöhrət qazandırıb.

Mahnı Teatrının yaradıcısı olub.