Qlobal iqlim sazişi təqdim olundu

Konfrans.

-

Parisdə keçirilən BMT iqlim konfransının iştirakçıları iki həftə intensiv danışıqlardan sonra yekun sazişin mətnini razılaşdırıblar.

Layihəyə əsasən, 2020-ci ildən sonra sənayecə inkişaf etmiş ölkələr iqlim dəyişikliyinin nəticələri ilə mübarizədə iqtisadi baxımdan zəif dövlətlərə dəstək üçün hər il 100 milyard dollar ayırmalıdırlar.