-
Fransada ekzit pollar ifrat sağçı Milli Cəbhə Partiyasının regional seçkilərdə uduzduğunu göstərir. Çoxları Parisdə ötən aykı hücumlar və immiqrasiya problemləri səbəbindən bu partiyanın populyarlığının kəskin qalxacağını proqnozlaşdırrdı.
Bir həftə öncə seçkinin ilk raundu keçirilmişdi və partiya lideri Marine le Pen və müttəfiqləri qələbə qazanmışdı. İlkin nəticələr onların dekabrın 13-də bütün regionlarda uduzduğunu göstərir.
Ekspertlər bunu həmçinin Sosialist Partiyasının taktiki gedişi ilə izah edirlər. Bu partiya ölkənin şimalında və cənub-şərqində seçkidən çıxdı, tərəfdarlarımı mərkəzçi-sağçı alyansdan mühafizəkar namizədlərə səs verməyə çağırdı, bununla da ifrat sağçıların qələbəsinin qarşısı alındı.