Neftçilər psixoloji müayinədən keçirilir

Yanğın.

-

«Günəşli» yatağında baş vermiş qəza nəticəsində xəsarət alan 20 neftçinin müalicəsi davam edir. Onlar Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunur.

Xəstəxanadan AzadlıqRadiosuna bildiriblər ki, yaralı neftçilərin vəziyyəti stabildir.
Hazırda onlar psixoloji müayinədən keçirilir.

Dekabrın 4-də «Günəşli» yatağındakı 10 saylı platformada sualtı qaz xəttində yanğın başlayıb, 23 nəfər itkin düşüb, 7 nəfər ölüb.