4 faiz artım, 4 faiz infilyasiya olacaq

Şahin Mustafayev

İlin sonuna Azərbaycanda təxminən 4% iqtisadi artım gözlənilir.

Bunu "APA”-ya iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.

O həmçinin, ilin sonunda 4% inflyasiya olacağını bildirib.

Qeyd edək ki, İqtisadiyyat və Sənaye Nazirliyinin hazırladığı makroiqtisadi proqnozlara əsasən, 2015-ci ilin sonunda ölkə üzrə ÜDM istehsalı 57,2 mlrd. manat olacaq ki, bu 3,3% real artım deməkdir.

Sənəddə bunun ilkin proqnozlardan 3,9 mlrd. manat və ya 1,1 faiz aşağı olduğu bildirilir.

İqtisadiyyat və Sənaye Nazirliyinin proqnozlarına görə, 2016-cı ildə ölkə üzrə real iqtisadi artım 1,8%, ÜDM istehsalı isə 57,7 mlrd. manat olacaq.

Qeyd edək ki, 2015-ci ilin dövlət büdcəsində Azərbaycanda inflyasiyanın 2,3% olacağı proqnozlaşdırılıb.