3 erməni əsgərinin öldüyü bildirilir

Foto arxiv

Müxtəlif istiqamətlərdə əvvəlcədən müəyyən edilmiş koordinatlar üzrə erməni bölmələrinin cəmləşdiyi nöqtələrin vurulması nəticəsində erməni tərəfinin uzun müddətli atəş nöqtəsi sıradan çıxarılıb.

Bu baədə Azərbaycanın Müdafiə Nazirliyi dekabrın 14-də məlumat yayıb.

Məlumatda qarşı tərəfin ən azı 3 nəfər itki verdiyi bildirilir.

Ermənistan tərəfi hələlik bu məlumata münasibət bildirməyib.

Qeyd edək ki, Ermənistan bundan əvvəl-dekabrın 12-də Karen Grigoryan adlı bir əsgərinin dekabrın 11-də təmas xəttində həlak olması barədə məlumat yaymışdı.