Çexiya 153 xristian qaçqını qəbul edir

Slovakiyada suriyalı qaçqın

-

Çexiya hökuməti dekabrın 14-də bildirib ki, İraqda İslam Dövləti silahlı qruplaşmasından qaçan 37 xristian ailəsini qəbul edəcək.

Baş nazir Bohuslav Sobotka həmin ailələri “xristian azlığın üzvləri” kimi təsvir edib. Onlar İraqda İD-nin zorakılıqlardan sonra çox çətin duruma düşərək Çexiyadan kömək istəyiblər.

Ailələrdən cəmi 153 nəfər yanvar-aprel aylarında 4 qrup halında Çexiyaya gedəcəklər.

Hazırda bu ailələr İraqın Kürdüstan region və Livanda yaşayırlar.

Bu ailələr Praqanın İraqdan qəbul etdiyi ilk qaçqınlar olacaq. Ötən həftə İraqdan 149 assuriyalı xristian Çexiyanın qonşusu Slovakiyaya gəlib.