Moskva ilə Minsk razılaşma imzaladılar

Alyaksandr Lukashenka və Vladimir Putin

Dekabrın 15-də Moskvada Rusiya ilə Belarus arasında vətəndaşların Rusiya-Belarus İttifaq Dövlətində qarşılıqlı hərəkəti və yaşaması barədə razılaşma imzalanıb.

Bu Birlik 1996-cı ildə yaradılıb.

Sənədi Rusiya prezidenti Vladimir Putinlə Belarus prezidenti Aleksandr Lukashenka imzalayıb.

Putin bildirib ki, görüşdə ümumi sərhədlərin təhlükəsizliyi və terrorçuluqla mübarizə məsələləri, həmçinin Ukrayna və Suriyadakı vəziyyət müzakirə olunub.

Qeyd edək ki, Belarusun xarici işlər naziri Vladimir Makey Lukashenkanın Moskvaya səfərindən bir gün əvvəl Brüsseldə Avropa Birliyi və NATO rəsmiləri ilə danışıqlar aparıb.