"Günəşli" yatağındakı 10 saylı platformada baş verən yanğın bir quyuda tam söndürülüb.
Bu barədə APA agentliyi məlumat yayıb.
Söndürülən neft quyusudur. Quyudan dənizə neft sızması təhlükəsinin də qarşısı tamamilə alınıb.
SOCAR-ın məlumatına görə, yanan 3 quyudan biri neft , digərləri isə qaz quyusudur.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Dekabrın 4-də baş verən qəza nəticəsində platformada olan 63 nəfərdən 1 nəfər həlak olub, 29 nəfər itkin düşüb.
İtkin düşənlərdən 6-nın meyiti tapılıb, 23 nəfərin axtarışı isə davam edir.
Qalan neftçilər xilas edilib.