Xəsarət alanlardan 5-i evə buraxılıb

Yanğın.

-

«Günəşli» yatağında baş vermiş qəza və yanğınla bağlı xəstəxanaya yerləşdirilən neftçilərdən 5-i evə buraxılıb.

Bu haqda AzadlıqRadiosuna xəsarət alanların müalicə olunduğu Neftçilər Xəstəxanasından məlumat verilib.

Xəstəxanada olan 25 neftçinin müalicəsi isə davam edir.

Dekabrın 4-də «Günəşli» yatağının 10 saylı stasionar dərin dəniz özülündə başlayan yanğın zamanı 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb.