Zidane "Real"ı çalışdırmağa razılıq verdi

Carlo Ancelotti və Zinedine Zidane

Fransa millisinin keçmiş futbolçusu Zinedine Zidane Madridin "Real" klubunu çalışdırmağa razılıq verib.

İspaniya mətbuatının məlumatına görə , əgər hazırkı məşqçi Rafael Benitez komandadan getsə, o baş məşqçi vəzifəsinə gətiriləcək.

Məlumatlara görə, klubun prezidenti Florentina Perez Benitezdən narazıdır.

Zinedine Zidane hazırda "Real"ın əvəzedici komandası "Kastilya"nı çalışdırır.