Türkiyə Rusiyaya kompensasiya verməyəcək

Foto arxiv

Türkiyə SU-24 təyyarəsinin vurulmasına görə Rusiyaya kompensasiya ödəməyəcək.

Türkiyənin Xarici İşlər Nazirliyi bildirib ki, əgər Rusiya ölkənin hava məkanını pozmasa gələcəkdə bu cür insitentlər baş verməyəcək.

Rusiya xarixi işlər nazirinin müavini Aleksei Meshkov bundan əvvəl Türkiyədən təyyarənin vurulmasına görə kompensasiya ödənilməsi və gələcəkdə bu cür halların baş verməyəcəyinə təminat verilməsini tələb eləmişdi.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgic dekabrın 16-da Ankarada keçirdiyi mətbuat konfransında bir daha deyib ki, təyyarə ölkənin hava məkanını pozduğuna görə vurulub.

Qeyd edək ki, Türkiyənin noyabrın 24-də Suriya sərhədində Rusiyanın SU-24 təyyarəsini vurmasından sonra iki ölkə arasındakı münasibətlər pisləşib.

Rusiya buna görə Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib.

Həmçinin Türkiyə Rusiyaya qarşı cavab sanksiyalarını götür-qoy edir.

Ankara təyyarənin ölkənin hava məkanını pozduğunu, Rusiya isə təyyarənin Suriya ərazisində vurulduğunu deyir.