ABŞ-la Rusiya “İslam Dövləti” qrupunun maliyyələşdirilməsinə qarşı yönəlmiş BMT qətnaməsinin üzərində işləyirlər.
Bu barədə dekabrın 17-də ABŞ-Dövlət katibinin terrorçuluq və maliyyə kəşfiyyatı məsələləri üzrə müavini Adam Szubin məlumat verib.
O bildirib ki, Suriya və İraqda geniş əraziləri zəbt eləmiş “İslam Dövləti” qrupu neft və qaz satışından ildə 400 milyon dollar qazanır.
Türkiyənin bu qrupdan neft alması ilə bağlı Rusiyanın ittihamına gəldikdə isə o buna sübut olmadığını deyib.