AB Şimal Axını 2-ni müzakirə edib

Şimal axını layihəsi

-

AB liderləri Brüsseldə 2-günlük sammiti yekunlaşdırmaq üzrədirlər. Sammitdə Rusiyadan Almaniyaya Şimal Axını-2 təbii qaz kəmərinin çəkilməsi də müzakirə olunur.

Bu kəməri Almaniya dəstəkləyir, çünki mövcud Şimal Axını kəmərinin gücünü iki dəfə artırmış olacaq. Kəmər Baltik Dənizinin dibiylə Almaniya və AB-nin digər üzvlərinə təbii qaz nəql edir.

Ancaq bir sıra Mərkəzi Avropa ölkələri, eləcə də Birləşmiş Ştatlar kəmərə qarşı çıxır. Belə ki, bu kəmər Rusiya strategiyasına uyğun olaraq, Ukraynadan yan keçir.

Şimal Axını-2-nin nəql edəcəyi əlavə qazın həcmi Rusiyanın hal-hazırda Ukrayna ərazisindən AB-yə göndərdiyinə bərabər olacaq. Mövcud kəmər Kiyev üçün tranzit gəlirlərinin vacib mənbəyidir.