Dekabrın 18-də İdman Araşdırmalar Mərkəzinin 2015-ci ilin yekunları ilə bağlı mükafatlandırma mərasimi keçirilib.
Qol.az-ın məlumatına görə,"İlin qalibləri" layihəsi çərçivəsində keçirilən tədbirdə 8 nominasiya üzrə qaliblər mükafatlandırılıb.
İlin qalibləri bunlardır:
1. İlin idman xadimi - Sadıq Sadıqov (“Neftçi İdman Klubu” İctimai Birliyinin idarəetmə aparatının rəhbəri)
2. İlin futbolçusu - Rahid Əmirquliyev ("Xəzər Lənkəran"ın kapitanı və Azərbaycan millisinin üzvü)
3. İlin idmançısı - Rəsul Çunayev (yunan-Roma güləşçisi, Bakı 2015 I Avropa Oyunlarının qalibi və dünya çempionu)
4. İlin əcnəbi futbolçusu (bütün növlər üzrə) - Riçard Almeyda – ("Qarabağ" ın braziliyalı futbolçusu)
5. İlin komandası (futbol və digər növlər üzrə) - "Qəbələ" klubu (Avropa Liqasında arıdıcıl 4 mərhələ keçməklə tarixində ilk dəfə turnirin qrup mərhələsinə vəsiqə qazanıb)
6. İlin baş məşqçisi (futbol və digər növlər üzrə) - Roman Grigorçuk ("Qəbələ"yə bürünc medal və klub tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazandırdığı üçün), Cəmşid Xeyrəbadi (Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Bakı 2015 I Avropa Oyunlarında, Dünya Kubokunda və dünya çempionatında yüksək nəticələr göstərdiyi üçün)
7. İlin mətbuat katibi (futbol və digər növlər üzrə) - Anar Hacıyev ("Qəbələ"), Mayis Musayev (Azərbaycan Güləş Federasiyası)
8. İlin idman jurnalisti - İlkin Fikrətoğlu (ATV)