Tanınmış məşqçi Guus Hiddink “Çelsi” klubunun rəhbərliyi ilə danışıqlar aparmaq üçün Londona gedib.
Britaniya mətbuatının yazdığına görə, o dekabrın 18-də Klubun nümayəndələri ilə müqavilənin şərtlərini müzakirə eləməlidir.
Hiddink sonuncu dəfə Hollandiya millisini çalışdırıb.
O, iyunda istefaya göndərilib.
Qeyd edək ki, “Celsinin” əvvəlki baş məşqçisi Joze Maurinho dekabrın 17-də istefaya göndərilib.
Buna səbəb klubun bu mövsümdə uğursuz çıxış eləməsidir.
“Celsi” hazırda Premyer Liqada 16 turdan sonra 15 xalla 16-cı yerdədir.