Mübariz Qurbanlı ABŞ səfirini qəbul edib

Mübariz Qurbanlı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib.

Komitə sədri ölkədə dini tolerantlığın təbliği və radikallığa qarşı görülən işlər barədə s\əfirə məlumat verib.

ABŞ səfiri Azərbaycanın tolerantlığın təşviqi sahəsində fəaliyyətini regionda və dünyada sabitliyə töhfə kimi qiymətləndirib və qeyd dib ki, indi bütün ölkələr dini ifratçılıq və terrorçuluqla mübarizədə səylərini birləşdirməlidir.

Mübariz Qurbanlı görüşdə ABŞ Konqresi Helsinki Komissiyasının rəhbəri, konqresmen Kris Smitin irəli sürdüyüqanun layihəsinə də münasibət bildirib, sənədin ümumilikdə qərəzli olduğunu deyib.

O deyib ki, bu cür cəhdlər ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirir.

Mübariq Qurbanlı deyib ki, qanun layihəsini ABŞ-da fəaliyyət göstərən erməni diasporu və onlarla bağlı olan müəyyən dairələrin Azərbaycana qarşı növbəti təxribatıdır:

“Azərbaycanda tarixən müsəlman, pravoslav, yəhudi və digər dini icmaların dinc və yanaşı yaşaması, ölkədəki multikulturalizm və tolerantlıq ənənələri bütün dünyaya nümunədir. Azərbaycanda din azadlığının pozulması ilə bağlı qanun layihəsindəki iddiaların heç bir əsası yoxdur”

Komitə sədri belə bir sənədin Azərbaycanla-ABŞ arasındakı mövcud strateji əməkdaşlığa ciddi ziyan vura biləcəyini bildirib və qeyd edib ki, ümidvaram ki, Konqres bu sənədə səs verməyəcək.