Avropa Kiyevlə Tbilisiyə hə deyir

Donald Tusk

Avropa Komissiyası Ukrayna ilə Gürcüstanın Şengen zonasına vizasız gediş-gəliş üşün bütün tələblərə cavab verdiklərini deyir.

Bu ölkələrə qarşı viza rejimi artıq gələn ildən qaldırıla bilər.

Komissiya dekabrın 18-də bəyan edib ki, yekun qərarı indi Avropa Birliyi ölkələri ilə Avropa Parlamenti verməlidir.

Amma Brüsseldəki mənbələr deyir ki, Avropa Parlamenti müsbət qərar versə də bir sıra üzv ölkələr buna qarşı çıxa bilər.

Almaniya başda olmaqla bir ısta ölkələr hesab edir ki, bu miqrant axınının artmasına səbəb ola bilər.