Avropa Şurası "Şimal axını"nı dəstəkləmir

Donald Tusk

Avropa Şurasının prezidenti Donald Tusk deyib ki, “Şimal axını” qaz kəmərinin genişləndirilməsi təhcizatın şaxələndirilməsi ilə bağlı Avropa Birliyinin enerji qaydalarına cavab vermir və bu Ukraynanın tranzit ölkə rolunu pozur.

O bunu dekabrın 18-də Avropa Birliyinin Brüsseldə keçirilən 2 günlük görüşündən sonra mətbuat konfransında deyib.

Donald Tusk deyib ki, “Şimal Axını 2” layihəsi tikilsə, bu Avropanın bir təhcizatçıdan asılılığını artıracaq və Qazprom şirkətinin Almaniya bazarında 60 faizdən çox pay almaqla aparıcı mövqe tutmasına səbəb olacaq.

Amma məsələ ilə bağlı son qərarı Avropa Komissiyası verməlidir.

Qeyd edək ki, Almaniya Şimal axını ” kəmərinin genişləndirilməsini dəstəkləyir.Amma bir sıra Mərkəzi Avropa ölkələri, o cümlədən ABŞUkraynadan yan keçən bu layihəyə qarşıdır.

Bu kəmər Baltik dənizinin dibindən keçməlidir.

Avropa Birliyinin sammitində birliyin miqrant siyasəti də müzakirə olunub. Söhbət sərhədlərdə nəzarətin gücləndirilməsindən gedir.