Türkiyə: 70 kürd yaraqlısı öldürülüb

Polis Diyarbakirdə etiraz aksiyasını dağıdır, 14 dekabr, 2015-ci il

-

Türkiyənin cənub-şərqində Kürd Fəhlə Partiyasına (PKK) qarşı əməliyyatda 70 şübhəli yaraqlı və iki türk əsgəri öldürülüb. Məlumatı Türkiyə ordusu dekabrın 19-da yayıb.

Əməliyyat dekabrın 16-da Cizrə və Silopi şəhərlərində, eləcə də Diyarbakir vilayətində keçirilib.

Ordunun məlumatına görə, hərbi təyyarələr PKK-nın İraqın şimalındakı düşərgələrini də bombalayıb, sığınacaqları, silah postlarını dağıdıb.

Baş nazir Ahmet Davutoglu deyib ki, Türkiyə kürd yaraqlıların “xaos” yaratmasına imkan verməyəcək.

PKK ilə Ankara arasındakı iki illik atəşkəs iyulda pozulub. 30 il çəkmiş münaqişə yenidən canlanıb. Bu münaqişədə 40 mindən çox insan həlak olub.