Çində torpaq sürüşməsi olub, itkinlər var

Çində torpaq sürüşməsi, arxiv fotosu

-

Çinin cənubunda Şenjen şəhərində böyük torpaq sürüşməsi baş verib, 22 bina çöküb, 40-dan çox insan itkin düşüb.

Rəsmi məlumata görə, dağıntılar altından azı 7 nəfər xilas olunub.

Xilasetmə işlərinə 1500-dən çox işçi cəlb edilib. Hələlik, ölənlər barədə məlumat yoxdur.

Sürüşmədən öncə 900 nəfər təxliyə edilib.

Sürüşmənin yaxınlığındakı qaz stansiyasında partlayışa səbəb olduğu bildirilir. Rəsmilər 20 min kvadrat metr ərazinin torpaqla örtüldüyünü deyir.

Yerli media son iki ildə aparılan tikinti işləri torpaqda boşluq yaratdığını yazır

Ötən ay başqa bir rayondakı sürüşmədə 38 nəfər həlak olub.