“Ukraynadakı rusiyalıları tək qoymaram”

Vladimir Putin

-

Rusiya prezidenti Vladimir Putin deyir ki, Ukraynanın cənub-şərqində yaşayan rusiyalıları Ukrayna “millətçiləri”nin qarşısında tək qoymayacaq.

Putin bunları dekabrın 20-də yayımlanan sənədli filmdə dilə gətirib.

Moskva bildirir ki, Ukrayna millətçiləri etnik ruslara və regionda rusca danışan ukraynalılara təhlükə yaradır.

Ötən ilin aprelindən bəri Ukraynanın şərqində hərbçilərlə rusiyapərəst separatçıların döyüşlərində 9 mindən çox insan həlak olub.

“Ancaq bir mövqedən çıxış edirik, ölkənin cənub-şərqində yaşayanları millətçilərin ağzına buraxa bilmərik”, Putin deyib. O, rusiyalı əsgərlərin münaqişədə iştirakını da yalan adlandırıb.

Ancaq Putin dekabrın 18-də demişdi ki, Ukraynanın şərqində Rusiyanın heyəti var və onlar müəyyən hərbi tapşırıqlar yerinə yetirirlər.