Putin Astana ilə əlaqələri alqışlayıb

Vladimir Putin və Nursultan Nazarbaev

Rusiya prezidenti Vladimir Putin Astananın Avropa Birliyi ilə daha sıx əlaqələrlə bağlı müqavilə imzalamasına bir neçə saat qalmış Qazaxıstanla əlaqələri alqışlayıb: ”Biz siyasətlərimizin yaxımlaşması istiqamətində işi davam etdiririk, o cümlədən də gömrük, texniki və digər sahələrdə. Bütün bunlar birbaşa müsbət nəticələr verir”-deyə Putin vurğulayıb.

Qazaxıstan Rusiyanın rəhbərlik etdiyi Avrasiya İttifaqında Moskvanın əsas müttəfiqlərindən biridir.

Qeyd edək ki, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherininin Astanaya səfəri gözlənilir.

Səfər zamanı Avropa Birliyi ilə Qazaxıstan arasında tərəfdaşlıq və əməkdaşlığın artırılması ilə bağlı razılaşma imzalanmalıdır.

Avropa Birliyi Orta Asiyada iqtisadi cəhətdən ən güclü dövlət olan Qazaxıstanla əməkdaşlığı dərinləşdirməyə çalışır.

Amma bu razılaşma Ukrayna, Gürcüstan və Moldovo ilə imzalanmış azad ticarət və asosasiya sazişindən zəifdir.