Əfqanıstanda NATO əsgərlərinə hücum edilib

Foto arxiv

Əfqanıstandakı NATO-bazasına hücum edilib.

Ölümə gedən intiharçı motosikleti Bagram hava bazasının ətrafında patrul xidmətinin üstünə sürərək özünü partladıb.

Nəticədə bir neçə əsgər həlak olub.

Bu barədə dekabrın 21-də yerli rəsmilər xəbər verir.

Bu baza paytaxt Kabilinin 45 kilometrliyində yerləşir.

Associated-Press agentliyi 3, Reuters isə 5 NATO əsgərinin həlak olduğunu xəbər verir.

Hücuma görə cavabdehliyi Taliban üzərinə götürüb.

Məlumatı NATO-da təsdiqləyib, amma əlavə detallar barədə məlumat vermir.

Bundan bir həftə əvvəl Qəndəhardakı hərbi-hava bazasına hücum edilmişdi.

Son vaxtlar Talibanın Əfqanıstanda fəallaşdığı müşahidə olunur.