Bakı Nəqliyyat Agentliyi yaradıldı

İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılıb.

Yeni quruma Bakıda taksi-də daxil olmaqla nəqliyyatla sərnişindaşıma sahəsinə aid normativ hüquqi aktların müddəalarına riayət edilməsi, habelə sərnişindaşıma xidmətlərinin səmərə və keyfiyyətinin artırılması üçün tədbirlər görmək həvalə olunub.

Bakı Nəqliyyat Agentliyində ümumilikdə 160 nəfər çalışacaq.

Nəqliyyat Nazirliyinin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilib.