Rusiya deyir ki, qara qutunu oxumaq olmur

Foto arxiv

Rusiya rəsmisi bəyan edib ki, ötən ay Türkiyənin vurduğu SU-24 təyyarəsinin qara qutusu pis zədələndiyindən yazını oxumaq olmur.

Bu barədə uçuşların təhlükəsialiyi ilə bağlı Rusiya hərbi hava qüvvələrinin rəis müavini Sergei Baimetov dekabrın 21-də keçirdiyi brifinqdə məlumat verib.

O bunun üçün əlavə vaxt tələb olunduğunu bildirib.

Onun sözlərinə görə qara qutu Çin, Böyük Britaniya və ABŞ-dan olan mütəxəssislərin iştirakı ilə açılıb.

Türkiyə təyyarələrinin noyabrın 24-də Rusiya təyyarəsini vurmasından sonra tərəflər arasındakı münasibətlər kəskin pisləşib.

Rusiya buna görə Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib, Ankara ilə birgə layihələri dayandırıb.

Ankara təyyarənin ölkənin hava məkanını pozduğunu, Moskva isə onun Suriya ərazisində vurulduğunu təkid edir.