Rusiyadan Şimal Axını xəbərdarlığı

Şimal axını kəmərinin xəritəsi

-

Rusiya dekabrın 21-də xəbərdarlıq edib ki, Avropa Birliyinin Şimal Axını qaz kəmərini ertələməyə yönəlik istənilən addımı Avropaya ziya vurar. Bu kəmər Rusiyanın Baltik sahillərindən Almaniyaya uzanır.

“Tərəflər bu sazişin hüquqi, texniki, iqtisadi və maliyyə aspektləri üzrə ciddi irəliləyiş əldə ediblər”, Rusiyanın iqtisadiyyat naziri Alexei Ulyukayev Brüsseldə deyib.

“Bunun icrasını dayandırmaq bunu istəyən tərəfin digərinin ayağına atəş açması olar”, o, sözlərinə əlavə edib.

“Söhbət Avropanın enerji balansından, təchizatın təhlükəsizliyinə təminatdan gedir və bunlar çox vacib məsələlərdir”.

Almaniya və Niderland şirkətlərinin, eləcə də Rusiya Gazpromunun qatıldığı Şimal Axını-2 layihəsinə dair şübhələr ötən həftə ortaya çıxıb. Rusiyaya sanksiyaların uzadılması müzakirə olunan zaman İtaliya bu məsələni qaldırıb.