Hava

Foto arxiv

Dekabrın 23-də Bakı və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, çiskinli olacağı, axşama doğru buludluluğun artacağı gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında gecə 5-7, gündüz 9-13, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq.

Bölgələrdə isə hava şəraitinin çiskinli olacağı, günün ikinci yarısında isə şimal və qərb rayonlarından başlayaraq yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir.

Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.