Manatın ucuzlaşmasına görə dövlət büdcəsinin icrasında hər hansı problem gözlənilmir.
Bunu Trend-in sorğusuna cavab olaraq, Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev deyib.
O bildirib ki, 2016-cı ilin dövlət büdcəsində gəlir və xərclərin hesablanması zamanı manatın fərqli mübadilə məzənnəsi, habelə neftin qiymətinin götürülmüş məbləğdən kəskin aşağı düşməsinə yenidən baxılacaq.
Mais Priyev qeyd edib ki, dəyişikliklər aprel-mayda reallaşa bilər.
O həmçinin deyib ki, manatın ucuzlaşmasının istehlak bazarlarındakı qiymətlərə mənfi təsir göstərsə, gündəlik tələbat mallarının infilyasiya səviyyəsinə uyğun olaraq əhalinin sosial baxımdan həssas təbəqəsinə (aztəminatlı ailələr, təqaüdçülər, sağlamlıq imkanları məhdud olan şəxslər, tələbələr və digər sosial ödənişlər alan qruplara) edilən ödənişlər müvafiq şəkildə indeksləşdiriləcək.