18 minə yaxın ipoteka krediti verilib

-

Azərbaycan İpoteka Fondunun agent bankları indiyədək 17 min 908 ipoteka krediti verib.

Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 726 milyon 766 min 770 manatdan çoxdur.

Bu haqda AZƏRTAC- a İpoteka Fondundan deyilib.

Fond 2006-cı ilin martından ipoteka kreditlərinin verilməsinə başlayıb.