Atletika rəsmisi vəzifəsindən gedir

Foto illüstrasiya

-

Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının rəsmisi dekabrın 22-də istefa verib. Səbəb etika komitəsinin onun 2013-cü ildə Rusiya atletlərinin dopinq qəbulu barədə yazdığı elektron məktubdur.

Nick Davies deyib ki, müvəqqəti olaraq vəzifəsindən uzaqlaşır. Fransanın Le Monde qəzeti onun elektron məktubunu dərc etmişdi. Davies məktubunda rusiyalı atletlərin dopinq məsələsini mediadan uzaq tutmağın yollarını müzakirə edirdi. Bu, 2013- cü ildə Moskvada keçirilən dünya çempionatından öncə baş vermişdi.

“Bu gün görünən odur ki, məndən yazmağa başlayıblar”, Davies dekabrın 22-də deyib və əlavə edib ki, davranışı barədə qurumun qərarını gözləyəcək.

Həmin çempionatdan bir neçə həftə sonra 10 rusiyalı atletə qarşı sanksiyalar elan olunub.

Bir müddət öncə açıqlanmış dopinq qalmaqalından sonra rusiyalı atletlərin yüngül atletika yarışlarında iştirakı qadağan olunub.