Prokhorov Brooklyn Nets-i tam aldı

Mikhail Prokhorov

-

Rusiya maqnatı Mikhail Prokhorov ABŞ-ın basketbol komandası olan Brooklyn Nets-i və komandanın oynadığı Barclays Mərkəzinin alqı-satqısını tamamlayıb.

Komandanın dəyəri 875 milyon, arenanınkı isə 825 milyon dollardır. Beləliklə, sazişin ümumi dəyəri 1.7 milyard dollardır. Komanda bunu dekabrın 22-də bildirib.

Bu alqı-satqıdan öncə Prokhorov komandanın 80, arenanın isə 45 faizinə nəzarət edirdi. O, tərəfdaşı Bruce Ratner-in malik olduğu hissəni də alıb.

8.2 milyard dollar vəsaiti olan milyarder Milli Basketbol Assosiasiyasını hələ Nyu Cersidə olanda almışdı. Daha sonra klub 2012-ci ildə Bruklinə köçüb. Prokhorov klub üçün Barcleys Mərkəzini qurub.

Prokhorov 2012-ci ildə Rusiyada prezident seçkisinə də qatılıb, səslərin 8 faizini qazanıb.