Las Veqas hadisəsində qadın ittiham olunur

Las Veqas, 20 dekabr, 2015-ci il

-

Las Veqasda maşını piyadaların üstünə qəsdən sürdüyünə görə bir qadın ittiham olunur. Həmin hadisədə bir nəfər həlak olub, onlarla yaralı var.

24 yaşlı Lakeisha Nicole Holloway dekabrın 23-də məhkəmə qarşısına çıxarılacaq.

Polis bildirir ki, Holloway maşını 100-dən çox insan olduğu səkiyə sürüb, daha sonra hadisə yerindən qaçıb.

Qadının 3 yaşlı qızı da maşında olub, ancaq xəsarət almayıb.

Las Veqasın şerifi Joe Lombardo deyib ki, hadisənin terror aktı olmasına inanmır, ancaq bunu tamamilə istisna da etmir.