«Bank BTB»nin sədri dəyişdi

Foto illüstrasiya.

-

«Bank BTB» ASC-nin Müşahidə Şurasının sədri dəyişib.

APA-nın məlumatına görə, bankın Müşahidə Şurasının sədri Ceyhun Paşalı işdən çıxıb. Onun yerinə Rza Sadiq Müşahidə Şurasının sədri təyin edilib.

C.Paşalının səhhətinə görə öz xahişi ilə işdən çıxdığı bildirilir. O, 3 ay əvvəl Müşahidə Şurasının rəhbəri seçilmişdi. Bundan öncə C.Paşalı Şuranın üzvü olub.

Müşahidə Şurasının indiki sədri R.Sadiq də 3 ay əvvəl Müşahidə Şurasına üzv seçilmişdi. O, bu vəzifədə Nigar Mehdiyevanı əvəzləmişdi.

R.Sadiq Müşahidə Şurasından əvvəl bankın Audit Komitəsinin üzvü olub.