-
Dekabrın 24-də Azərbaycanın ilk müstəqil və müxalif mətbu orqanlarından olan “Azadlıq” qəzetinin 26 yaşı tamam olur.
“Azadlıq” qəzetinin ilk sayı 1989-cu il dekabrın 24-də mərhum jurnalist Nəcəf Nəcəfovun redaktorluğu ilə çap olunub. Həmin gün qəzet 200 min tirajla çıxıb.
Son illər qəzet böyük maliyyə çətinliyi ilə üzləşib, məhkəmələrə çəkilib, hesabına həbslər qoyulub. “Azadlıq” bir neçə dəfə bağlanmaq təhlükəsi ilə də üz-üzə qalıb.
Qəzetin baş redaktoru Qənimət Zahid hazırda xaricdə, əməkdaşı Seymur Həzi isə həbsdədir.