Pekində təhlükəsizlik tədbirləri gücləndirilib

Foto arxiv

Dekabrın 24-ü Milad bayramına görə Pekində təhlükəsizlik tədbirləri gücləndirilib.

Böyük ticarət mərkəzləri və xaricilərin gur olduğu rayonlarda polis patrulları gəzir.

Səfirliklər və "Brend" mağazaların yerləşdiyi ərazilərdə isə silahlı polislər gəzir.

Çindəki bir sıra xarici səfrliklər xəbərdarlıq edib ki, Milad bayramı günlərində avropalılara qarşı hücumlar törədilə bilər.

ABŞ, Böyük Britaniya Fransa və bir sıra ölkələrin səfirlikləri mümkün terror hücumları barədə məlumat aldıqlarını bildiriblər.