"Forbes" jurnalı 2015-ci ildə karyerasını bitirən məşhurların reytinq cədvəlini açıqlayıb.
Keçmiş FİFA prezidenti Seep Blatter siyahının başında gəlir.
Qeyd edək ki, FİFA-nın etika komitəsi bu günlərdə Blatterin 8 il futbol fəaliyyəti ilə məşğul olmasını qadağan edib.
Komitə həmçinin UEFA prezidenti Michel Platini barədə eyni qərar çıxarıb.
Blatter qanunsuz olaraq Platiniyə 2 milyin İsveçrə frankı köçürməkdə ittiham olunur.
Həmçinin FİFA ətrafındakı korrupsiya qalmaqalına görə, təşkilatın bir sıra keçmiş və indiki rəsmisi istintaqa cəlb edilib.